Abramoviç Avropadan pullarını tələb edir 

 21:47 17.07.2022     287

Dörd rusiyalı iş adamı - Roman Abramoviç, Əlişir Usmanov, Mixail Fridman və Pyotr Aven Avropa İttifaqının (Aİ) Ali Məhkəməsində onlara qarşı tətbiq edilən sanksiyalara etiraz edirlər.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

İş adamları hüquqlarının pozulduğunu iddia edir və məhkəmədən sanksiyaların ləğvini xahiş edirlər.

Məhkəmə hələlik bu vəsatətlərlə bağlı iclas təyin etməyib. 

Nəşr yazır ki, Abramoviçin tələblərinə Avropa Şurasından "Chelsea"nin satışından 1 milyon dollardan çox ödəniş daxildir.