Rusiyada aeroport mina xəbərinə görə boşaldıldı

 23:19 17.07.2022     379

Rusiyanın Volqoqrad şəhərinin aeroportu mina xəbərinə görə təxliyə edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Volqoqrad Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bir neçə saat əvvəl aerovağzal kompleksinin minalanması barədə məlumat daxil olub. Təlimata uyğun olaraq sərnişinlər və işçilər təxliyə edilib, müvafiq yoxlama aparılıb.

Mina qoyulması barədə xəbər əsassız olduğu üçün aeroport yenidən fəaliyyətini bərpa edib. Hazırda hava limanı gündəlik rejimində fəaliyyət göstərir (apa.az).