Şri-Lanka hakimiyyəti fövqəladə vəziyyət elan etdi

 09:15 18.07.2022     809

Şri-Lankanın baş naziri vəzifəsini icra edən Ranil Vikremasinqe respublikada fövqəladə vəziyyət elan edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, fərmana əsasən, fövqəladə vəziyyət “ictimai təhlükəsizlik, ictimai asayişin qorunması və cəmiyyətin həyatı üçün zəruri olan təchizat və xidmətlərin dəstəklənməsi maraqları naminə” tətbiq edilib.

Xatırladaq ki, Şri-Lankada siyasi vəziyyət iyulun 9-da etirazçılar prezidentin və baş nazirin iqamətgahlarını ələ keçirdikdən sonra gərginləşib. 

Kütləvi etirazlara ölkədə iqtisadi vəziyyətin sürətlə pisləşməsi səbəb olub. Şri-Lankada kəskin xarici valyuta, yanacaq, ərzaq və dərman qıtlığı yaşanır.

Qeyd edək ki, iyulun 15-də eks-prezident Qotabaya Rajapaksa ölkəni tərk edib. Ertəsi gün o, Sinqapura gəlib və rəsmi istefa ərizəsi verib.

Nərmin Vüqarqızı

 

 

Vumart və Güvən reklamı Vumart Güvən