"Ukraynada sülh Rusiyanın şərtləri ilə imzalanarsa, sanksiyalar davam edəcək" – Almaniya kansleri

 10:02 18.07.2022     2453

Moskva və Kiyev Rusiyanın şərtləri əsasında sülh müqaviləsi imzalasa, Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları geri götürməyəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bazar günü “Frankfurter Allgemeine Sonntagzeitung” qəzetində dərc olunan məqaləsində qeyd edib.

"Yeni reallığın bir hissəsi də ondan ibarətdir ki, Aİ də möhkəmlənib. O, Rusiyanın təcavüzünə kifayət qədər yekdilliklə reaksiya verib və görünməmiş sərt sanksiyalar tətbiq edib. Biz əvvəldən bilirdik ki, potensial olaraq bu sanksiyaları uzun müddət saxlamalı olacağıq", - Şolts bildirib. 

“Və o da aydındır ki, Rusiyanın diktəsi ilə sülh əldə olunarsa, bu sanksiyalardan heç biri geri götürülməyəcək. Rusiya üçün Ukrayna ilə razılaşmanın ukraynalıların qəbul edə biləcəyi yoldan başqa yolu yoxdur”,-deyə əlavə edib.

Onun sözlərinə görə, Ukrayna tələb etdiyi müddətdə onlara hər zaman dəstək veriləcək:

“Ukraynaya bu dəstəyi tələb etdiyi müddətcə iqtisadi, humanitar, maliyyə və silah daşımalarında dəstək verəcəyik. Bununla yanaşı, NATO-nun müharibənin tərəfinə çevrilməyəcəyinə də zəmanət veririk", - məqalədə yazılıb.

Nərmin Vüqarqızı

 

 

Vumart və Güvən reklamı Vumart Güvən