Ukraynada işğalçıların daha 150 hərbçisi MƏHV EDİLDİ

 10:20 18.07.2022     8237

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 38450 (+150) canlı qüvvəsi, 1 687 (+3) tankı, 3886 (+7) zirehli döyüş maşını, 849 (+3) artilleriya sistemi, 248 reaktiv yaylım atəşi sistemi, 113 (3) havadan müdafiə sistemi, 220 hərbi təyyarəsi, 188 helikopteri, 690 (+2) dronu, 166 qanadlı raketi, 15 gəmi/kateri, 2753 (+7) avtomobil texnikası və yanacaq çəni və 70 (+2) xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmut istiqamətində verib.

T.İSMAYIL

2