Ruslar Xarkovu yenə raketlə vurdular

Rus qoşunları son sutkada Ukraynanın Xarkov şəhərinə raket hücumu həyata keçirib. Həmçinin gün ərzində regionun bir sıra yaşayış məntəqələrini atəşə tutub.
Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Milli Polisin Xarkov vilayəti üzrə Baş İdarəsinin rabitə şöbəsi məlumat yayıb.
"Xarkov - İvaşki, Koroboçkino, Malinovka, Elitnoye, Kalinovo, Peçeneqi, Çuquev kəndləri düşmən hücumlarına məruz qalıb, nəticədə iki hündürmərtəbəli bina zədələnib. Yaşayış binaları, yardımçı tikililər dağıdılıb. İstintaq-əməliyyat qruplarının əməkdaşları və ekspertlər tərəfindən rayon ərazisində yaşayış evlərinin və digər obyektlərin dağıdılması ilə bağlı 20 fakta baxılıb”, - məlumatda deyilir.
Nərmin Vüqarqızı