Almaniya maska rejiminə qayıdacaq

Almaniyanın ədliyyə naziri Marko Buşman koronavirusun yeni dalğasına hazırlanmaq üçün qapalı və ictimai yerlərdə maska taxmağın tezliklə məcburi olacağını açıqlayıb.
Redaktor.az "Habertürk"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, karantin və komendant saatı kimi tədbirlər geri qaytarılmayacaq.
Buşman hökumətin payız və qış aylarında yoluxmanın artmasına hazırlaşdığını bildirib.
Hazırda ictimai nəqliyyatda maska tələbi ilə bağlı işlədiklərini vurğulayan almaniyalı rəsmi əlavə edib ki, pandemiyanın üçüncü ilində komendant saatı və məktəblərin bağlanması kimi tədbirlər məqsədəuyğun deyil.