Ruslar Odessanı raket atəşinə tutdu

 17:00 18.07.2022     398

Ukraynanın Odessa vilayətində rusların iki raketi hərbi infrastruktur obyektinə, digəri isə Dnestryanı çaydan keçən körpüyə düşüb.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə əməliyyat komandanlığından məlumat verilib.

"Saat 11:00-da Odessa vilayətində raket hücumu həyata keçirilib. Üç Su-35 təyyarəsi Qara dənizdən havadan buraxılan 4 raket atıb. Bir raket dəniz üzərində vurulub”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski açıqlamasında qeyd edib ki, ruslar Ukrayna ərazisinə 3000-dən çox qanadlı raket atıblar.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən