Britaniyada 40 dərəcə istiyə görə məktəblər bağlandı

 19:32 18.07.2022     236

Böyük Britaniya sakinləri ölkənin bir sıra bölgələrində anomal istilərə hazırlaşır.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, ölkədə yüksək temperatur - 39 dərəcəyə qədər isti gözlənilir.

Bu həftənin sonunda isə temperaturun 40 dərəcəyə çatacağı proqnozlaşdırılır.

Böyük Britaniya tarixində ilk dəfə istilər səbəbindən təhlükənin ən yüksək səviyyəsi – qırmızı xəbərdarlıq elan edilib.

Sakinlər mümkün qədər evdə qalmağa, həm şəxsi nəqliyyat, həm də qatarla səyahət etməkdən çəkinməyə çağırılıb.

Anomal istilər üzündən ölkənin bəzi bölgələrində, xüsusən də Nottinqhemşir və Hempşir qraflıqlarında məktəblər bağlanıb. Bundan əlavə, Lankaşirdə at yarışı, Berkşirdə isə parad kimi, müxtəlif ictimai tədbirlər ləğv edilib.