İsveçrə yaralı ukraynalıları qəbul etmədi

 20:53 18.07.2022     276

İsveçrə federal hökuməti NATO-nun Ukraynada yaralılara yardımla bağlı müraciətini neytrallığını əsas gətirərək rədd edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Swiss Info" məlumat yayıb.

Belə ki, hakimiyyət yaralı ukraynalıları hüquqi və praktiki səbəblərə görə qəbul etməkdən imtina edib.

İsveçrə höküməti bunu neytral dövlət statusunu pozmamaq kimi zah edib.

Cenevrə Konvensiyası və 1907-ci il Haaqa sazişi neytral dövlətlərdən reabilitasiya olunmuş əsgərlərin sağaldıqdan sonra artıq döyüş əməliyyatlarında iştirak edə bilməməsini təmin etməyi tələb edir.

Hökumət Ukraynada bir çox mülki vətəndaşın öz ölkələrini müdafiə etmək üçün silaha sarıldığını nəzərə alaraq, onları əsgərlərdən ayırmağın, demək olar ki, mümkün olmadığını düşünür. Bunun əvəzində İsveçrə rəsmiləri Ukraynanın mülki xəstəxanalarına humanitar yardım göndərməklə yaralılara kömək etməyə üstünlük verirlər.

May ayında bəzi İsveçrə kantonları yaralılara kömək etməyə hazır olduqlarını bildirsələr də, hökumətin müqaviməti ilə üzləşiblər.

İLTİFAT