“Müharibə davam edəcək” - Avropa Ukraynaya daha çox silah vəd edir

 21:36 18.07.2022     397

Ukraynanın azadlığını və müstəqilliyini müdafiə etmək üçün daha çox silaha ehtiyacı var və o, onları əldə edəcək.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell Brüsseldə keçirilən brifinqdə deyib.

"Rusiya Ukrayna xalqını məhv etməyə çalışır, eyni zamanda qlobal ərzaq və enerji böhranını yaradır. Avropa Komissiyasının nazirləri yekdilliklə Ukraynanın tərəfində möhkəm dayanmağa davam etmək və onun mübarizəsində dəstək vermək barədə yekdilliklə razılaşıblar. Ukraynanın daha çox silaha ehtiyacı var. Biz onları təmin edəcəyik. Müharibə davam edəcək. Biz dəstəkləməyə davam edəcəyik”, - Borrell vurğulayıb.

Bununla bağlı o, Avropa Sülh Fondu çərçivəsində Ukraynaya əlavə 500 milyon avro məbləğində hərbi yardımın beşinci tranşının təsdiqini təklif etdiyini bildirib.

İLTİFAT