ABŞ-ın 44 ştatının sakinləri Baydenin fəaliyyətini bəyənmir - Sorğu

 22:16 18.07.2022     278

ABŞ-ın 44 ştatının sakinlərinin əksəriyyəti Co Baydenin ölkə prezidenti kimi fəaliyyətindən narazıdır.

Redaktor.az xəbər verir ki, bunu "Morning Consult" tərəfindən dərc olunan sorğunun nəticələri sübut edir.

Eyni zamanda, Baydenin reytinqi bu ilin ikinci rübündə 27 ştatda azalıb, 23 ştatda isə təxminən eyni qalıb.

Baydeni yalnız Vermont, Havay, Kaliforniya, Massaçusets, Merilend və Nyu-York ştatlarının sakinləri müdafiə edib. 

Həmçinin Baydenə prezident seçkilərində qələbə gətirən aşağıdakı ştatlarda - Arizona, Viskonsin, Corciya, Miçiqan və Pensilvaniya ştatlarında da artıq "sevmirlər".

Respondentlərin 17%-i Baydenin fəaliyyətini qətiyyətlə dəstəklədiklərini, 23%-i isə onun işini daha çox bəyəndiyini bildirib. Eyni zamanda, 43% Baydenin fəaliyyətindən narazı olduğunu bidrdiyi halda, 14% isə ona qətiyyətlə "yox" deyib.

Qeyd edək ki, 28-30 iyun tarixlərində keçirilən sorğuda 11 milyondan çox insan iştirak edib.

İLTİFAT