Putinin "sağ əli" Ukraynada atəşə məruz qaldı

 22:25 18.07.2022     281

Rusiyanın Prezident Administrasiyası rəhbərinin birinci müavini, Ukraynanın işğal olunmuş ərazilərinin kuratoru Sergey Kiriyenko Nova Kaxovkada Ukrayna Silahlı Qüvvələrinin raket hücumuna məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə iyulun 18-də Rusiya mətbuatı məlumat yayıb.

Kiriyenko Kaxovskaya su elektrik stansiyasına baş çəkib, burada Kreml tərəfindən təyin olunmuş Xerson vilayətinin “hakimiyyəti” ilə görüş keçirib.

Bu zaman həmin ərazini Ukrayna hərbçiləri artilleriya atəşinə tutublar.

Bildirilib ki, görüş iştirakçıları zirzəmidə gizləniblər və heç kim xəsarət almayıb.

Rusiya mətbuatı hökümətdəki mənbələrə istinadən xəbər verir ki, Ukraynanın Novaya Kaxovkaya hücumu Kiriyenkonun başçılıq etdiyi nümayəndə heyətinin gedişindən sonra da davam etdrilib.

İLTİFAT