Nyu-Yorkda rusların sevimli ərazisi Ukraynanın şərəfinə adlandırılacaq

 22:43 18.07.2022     535

Nyu-Yorkun "Brighton Beach" və"Coney Island" prospektlərinin kəsişməsinin "Ukrayna yolu" adlandırılması planlaşdırılır.

Bruklinin bu mikrorayonunda SSRİ-dən gələn mühacirlərin sayı çox olduğuna görə ərazi“Kiçik Odessa” adlanır. Həmin ərazidə yaşayanların arasında rusların çoxluq təşkil etdiyi bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki nümayəndəsi Serhi Kislitsa “Twitter” səhifəsində yazıb.

İyulun 14-də Nyu York Şəhər Şurası Bruklindəki sözügedən ərazinin "Ukrayna yolu" olaraq dəyişdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Yerli "Pix11"-in məlumatına görə, Nyu-York Şəhər Şurası tərəfindən qəbul edilən qanun layihəsi həmçinin Bruklindəki MacDonald və Kilsə prospektlərinin qovşağının "Kiçik Banqladeş" və Kvinsdəki 76-cı və 79-cu küçələr arasındakı Vudsayd prospektinin adının "Kiçik Tayland" kimi dəyişdirilməsini nəzərdə tutur.

Ümumilikdə dəyişikliklər bütün Nyu-Yorkda 78 küçə və ictimai yerləri əhatə edir.

Sənəd şəhərin meri Erik Adam tərəfindən təsdiqlənməlidir.

İLTİFAT

 

2
Vumart və Güvən reklamı Vumart Güvən