Süleyman Soylunun əmisi oğluna silahlı hücum - Vəziyyəti ağırdır

 01:27 19.07.2022     242

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun əmisi oğlu Sefa Dönmezə silahlı hücum olub.

Redaktor.az "qafqazinfo"ya istinadən xəbər verir ki, 3 güllə yarası alan Dönmez Trabzonda Oflu Dövlət Xəstəxanasına aparılıb.

Xəstəxana rəsmiləri Dönmezin səhhətinin kritik olduğunu qeyd ediblər.

AKP şəhər sədri Əhməd Çapoğlu mübahisədən sonra Faruk Ulusoyun Sefa Dönmezi tapança ilə vurduğunu bildirib.

Şübhəli Faruk Ulusoyun hadisə yerindən qaçdığı deyilib. Onun tutulması üçün araşdırmalara başlanılıb.