Ukraynanın bu bölgəsində rus qoşunlarına ağır zərbə VURULDU

 10:46 19.07.2022     571

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 38550 (+100) canlı qüvvəsi, 1691 (+4) tankı, 3892 (+6) zirehli döyüş maşını, 851 (+2) artilleriya sistemi, 248 reaktiv yaylım atəşi sistemi, 113 (3) havadan müdafiə sistemi, 220 hərbi təyyarəsi, 188 helikopteri, 693 (+3) dronu, 167 (+1) qanadlı raketi, 15 gəmi/kateri, 2767 (+14) avtomobil texnikası və yanacaq çəni və 70 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Kramatorsk istiqamətində verib.

T.İSMAYIL

2