Ruslar Nikopola 40-a yaxın raket atdı

 11:00 19.07.2022     424

Rusiya ordusu Ukraynanın Nikopol şəhərinə 40-a qədər raket atıb.

Redaktor.az xəbər UNİAN-a istinadən verir ki, bu barədə şəhər rəhbəri Valentin Rezniçenko teleqram kanalında yazıb.

"Rusiya qoşunları Nikopol və Krivoy Roq vilayətlərini atəşə tutub. Nikopola 40-a qədər raket atılıb. İki sənaye müəssisəsində dağıntılar var. Partlayışlar orada yanğınlara səbəb olub", - o yazıb.

Şəhər rəhbərinin sözlərinə görə, şəhərdə bir neçə fərdi evə və elektrik şəbəkələrinə ziyan dəyib.

"Krivoy Roq rayonunda düşmən Zelenodolsk camaatını artilleriyadan atəşə tutub. Xoşbəxtlikdən xəsarət alan olmayıb", - Rezniçenko əlavə edib.

Nərmin Vüqarqızı