ABŞ-ın Suriyanı tərk etməsi barədə razılığa gəldik - RƏİSİ

 23:38 19.07.2022     277

Astana sammitinin tərəfləri ABŞ-ın Suriyanı tərk etməsi barədə razılığa gəlib.

Redaktor.az xəbər verir ki, bunu üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında İran Prezidenti İbrahim Rəisi deyib.

O qeyd edib ki, Astana formatının tərəfləri Suriya xalqına humanitar yardım göstərməyə davam edəcək.

"Astana formatı öz effektivliyini göstərdi, bu düstur üzərində iş davam edəcək", - deyə Rəisi bildirib.

Rəisinin sözlərinə görə ki, hər 3 ölkə terrorla mübarizənin zərurətini vurğulayıb.

"Suriya və digər yerlərdə terrorçuların olması ilə bağlı mövcud narahatlıqlar bütün ölkələrin qətiyyətini tələb edir. Suriya xalqına humanitar yardım göstərilməsi, iqtisadi və dolanışıq problemlərinin həlli ilə bağlı da danışıqlarımız oldu", - o deyib (modern.az).