Tehrandakı Astana sammiti başa çatdı

 23:51 19.07.2022     464

Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və İbrahim Rəisi arasında baş tutan Astana sammiti başa çatıb.

Redaktor.az xəbər verir ki, məlumatı Rusiyanın TASS agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, görüşün sonunda birgə bəyannamə qəbul edilib.

Bəyannamədə hər üç ölkə Suriyaya qarşı bütün sanksiyaları rədd edib.

Liderlər Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qaldıqlarını bildiriblər.

Sənəddə deyilir ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur.

Tərəflər növbəti üçtərəfli görüşün Rusiyada keçirilməsi barədə razılığa gəliblər.