ABŞ ən böyük gəmisini Finlandiyaya göndərdi

 23:59 19.07.2022     513

ABŞ-ın “USS Arleigh Burke” raketli eskadrilyası Finlandiyanın paytaxtı Helsinkinin limanına daxil olub.

Redaktor.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı əməliyyat donanması məlumat yayıb.

Gəmi vahid “Aegis” sistemi tərəfindən idarə olunan güclü və balanslaşdırılmış raket silahlanması sayəsində müxtəlif tapşırıqları yerinə yetirməyə qadirdir.

Məhvedici 1 600 km mənzilli “Tomahawk” tipli qanadlı raketlər, “RIM-66 SM-2” (“Standard-2”) zenit raketləri və “RUM-139 ASROC” sualtı qayıq əleyhinə idarə olunan raketlərlə təchiz olunub.

Verilən tapşırıqlardan asılı olaraq gəmi 56-ya qədər “Tomahawk” tipli qanadlı raketi daşıya bilər.