Ukraynada son sutkada 200 işğalçı MƏHV EDİLDİ

 10:56 20.07.2022     509

Ukraynada rus işğalçıların son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 38750 (+200) canlı qüvvəsi, 1700 (+9) tankı, 3905 (+13) zirehli döyüş maşını, 856 (+5) artilleriya sistemi, 250 (+2) reaktiv yaylım atəşi sistemi, 113 havadan müdafiə sistemi, 221 (+1) hərbi təyyarəsi, 188 helikopteri, 703 (+10) dronu, 167 qanadlı raketi, 15 gəmi/kateri, 2775 (+8) avtomobil texnikası və yanacaq çəni və 70 (+2) xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmut istiqamətində verib.

İLTİFAT

2