Bu ölkələrin xarici işlər nazirləri Kiyevdədir

 12:10 20.07.2022     179

Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq Ukraynanın paytaxtı Kiyevdə əvvəlcədən elan olunmamış səfər edib. 

Redaktor.az xəbər verir ki, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Telekanalın məlumatına görə, Slovakiyanın xarici işlər naziri İvan Korçok və Çexiya XİN rəhbəri Yan Lipavski də Ukraynaya gəlib.

Nazirlər Ukraynanın Baş naziri Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.