Ərdoğan Putini gözlətməklə ondan “intiqam” aldı - VİDEO

 17:03 20.07.2022     433

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında Tehranda keçirilən görüşdə diqqətçəkən hadisə yaşanıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, planlaşdırılan görüş və əl sıxma öncəsi Rusiya prezidenti türkiyəli həmkarını təxminən 50 saniyə kameralar qarşısında gözləyərək, bu müddət ərzində narahat hərəkətlər edib.

Bu epizod Türkiyə və Rusiya mətbuatının diqqətindən yayınmayıb.

Türk mediasının bəzi nümayəndələri bunu 2020-ci ilin martında Vladimir Putinin Türkiyə prezidenti və onun nümayəndə heyətini Kremldəki zalın qapısında 2 dəqiqə gözlətməsinə görə “Ərdoğanın qisası” kimi qiymətləndirib. 

Həmin hadisə də böyük səs-küyə səbəb olub.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən