Paşinyan özünə yeni müşavir təyin etdi

Ermənistanın baş naziri Nikol Paşinyan könüllülük əsasında müşavir təyin edib.
Redaktor.az “SputnikArmenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin rəhbərinin müvafiq qərarı hökumətin saytında dərc olunub.
Qərarda bildirilir ki, Aleksandr Avetisyan “Dövlət qulluğu haqqında” Ermənistan Respublikası Qanununun 9-cu maddəsinin 10-cu hissəsinə uyğun olaraq baş nazirin müşaviri təyin edilib.
Qeyd edək ki, Aleksandr Avetisyan 2018-ci ildə “Mənim addımım” fraksiyasından Ağsaqqallar Şurasının üzvü seçilib. 2018-ci il dekabrın 9-da “Mənim addımım” fraksiyasından millət vəkili kimi seçkiyə daxil edilib. Ailəlidir, bir övladı var.
Nərmin Vüqarqızı