Rusiya Ukraynanın cənubunu işğal edəcəyini AÇIQLADI

“Ukraynada “xüsusi əməliyyat”ın coğrafiyası dəyişib və Donetsk (DXR) və Luqansk (LXR) sərhədlərini aşıb”.
Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib .
Onun sözlərinə görə, rus hərbçilərinə Ukraynanın cənubunun “demilitarizasiya”sı tapşırığı verilib.
"İndi coğrafiya başqadır. İndi bu plana təkcə DXR və LXR deyil, Xerson və Zaporojye vilayətləri və bir sıra digər ərazilər də daxildir. Bu proses ardıcıl və israrla davam edəcək", - Lavrov bildirib.
Nərmin Vüqarqızı