Rusiyaya qarşı yeddinci sanksiya paketi TƏSDİQLƏNDİ

 18:36 20.07.2022     398

Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı yeni, yeddinci sanksiyalar paketini təsdiqləyiblər. 

Redaktor.az xəbər verir ki, bu barədə Litvanın Aİ-dəki daimi nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, məhdudiyyətlərə yeni ixrac nəzarəti və "Sberbank"ın aktivlərinin dondurulması, həmçinin Rusiya qızılına embarqo daxildir. 

50-yə yaxın fiziki və hüquqi şəxs, o cümlədən siyasətçilər və hərbçilər sanksiyalara məruz qalacaq.