Avropa İttifaqı Ukraynaya əlavə 500 milyon avro ayırdı

Avropa İttifaqı (Aİ) Ukraynaya silah tədarükü üçün 500 milyon avro məbləğində beşinci transferin təmin edilməsi ilə bağlı yekun qərarı verib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell tviter hesabında yazıb.
"Ukrayna Nazirlərinin Müdafiə Təmas Qrupunun iclasında iştirak etdim. Aİ-yə üzv dövlətlər Ukrayna Silahlı Qüvvələrinə daha çox dəstək vermək üçün 500 milyon avro həcmində hərbi yardımın 5-ci tranşını səfərbər etmək barədə razılığa gəliblər. Aİ tərəfdaşları ilə birlikdə Ukraynaya dəstəyini diqqət mərkəzində saxlayır", - Borrell yazıb.
Qeyd edək ki, bu , Aİ-nin Ukraynaya hərbi yardım üçün ayırdığı ümumi maliyyəni 2,5 milyard avroya çatdırır.
Nərmin Vüqarqızı