Ukrayna ordusu daha 100 işğalçını MƏHV ETDİ

 12:48 21.07.2022     1650

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 38850 (+100) canlı qüvvəsi, 1704 (+4) tankı, 3912 (+7) zirehli döyüş maşını, 859 (+3) artilleriya sistemi, 251 (+1) reaktiv yaylım atəşi sistemi, 113 havadan müdafiə sistemi, 221 hərbi təyyarəsi, 188 helikopteri, 710 (+7) dronu, 167 (+1) qanadlı raketi, 15 gəmi/kateri, 2781 (+6) avtomobil texnikası və yanacaq çəni və 72 (+2) xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Slavyan istiqamətində verib.

T.İSMAYIL

2