Avropa İttifaqının Rusiyaya qarşı növbəti sanksiyalar paketi TƏSDİQ EDİLDİ

 13:20 21.07.2022     342

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiq edib.

Redaktor.az xəbər verir ki, bu paketə Rusiya qızılına embarqonun tətbiqi, “Sberbank”ın aktivlərinin dondurulması və yeni ixrac məhdudiyyətləri daxildir.

Bundan başqa, 55 rusiyalı fiziki və hüquqi şəxs qara siyahıya daxil edilib.