İranda koronavirusdan ölənlərin sayı kəskin artdı

İranda koronavirusdan ölənlərin sayı bir gündə 60% artıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Mehr xəbər agentliyi məlumat yayıb.
Koronavirusla mübarizə qərargahının immunologiya komitəsinin katibi Məsud Yunsian xəbərdarlıq edib ki, təcili tədbirlər görülməsə, COVİD-in 7-ci dalğasının şərtləri ölkədə yayılan digər altı dalğa ilə fərqli olacaq.
O yoluxmanı artıra biləcək səbəblər kimi yay tətilinin gəlişi, Məhərrəmlik mərasimi, Ərbəin yürüşü, sonra isə payızda məktəblərin və universitetlərin yenidən açılmasıni qeyd edib.