ABŞ-da işsizlərin sayı kəskin artıb

 18:28 21.07.2022     327

ABŞ-da işsizliklə bağlı müavinət üçün müraciətlərin sayı kəskin artıb.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əmək Nazirliyi məlumat yayıb.

Bir həftə ərzində ABŞ-da işsizliklə bağlı müavinət üçün ilkin müraciətlərin sayı ötən həftə ilə müqayisədə 7 min artaraq 251 minə çatıb.

Analitiklər isə bu göstəricinin 240 minədək azalacağını proqnozlaşdırırdılar.