İtaliyada parlament buraxıldı

 20:53 21.07.2022     402

İtaliya Prezidenti Sergio Mattarella parlamenti buraxıb.

Redaktor.az xəbər verir ki, o, parlamentin palata sədrləri ilə görüşdən sonra müvafiq qərar imzalayıb.

Qeyd edək ki, İtaliya Baş naziri Mario Draqi istefa verib. O, bu gün səhər saatlarında keçirilən iclasda istefa qərarını Prezident Sergio Mattarellaya təqdim edib.