Ərdoğanın iştirakı ilə Ukrayna və Rusiya arasında müqavilə İMZALANACAQ

Sabah Türkiyədə Dolmabahçe Sarayının ofisində Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə taxıl daşınması üzrə müqavilənin imzalanma mərasimi keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş də iştirak edəcək.