Ərdoğan Milli Təhlükəsizlik Şurasını topladı - Yunanıstana xəbərdarlıq edildi

 02:28 22.07.2022     344

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Redaktor.az xəbər verir ki, 3 saat 10 dəqiqə davam edən toplantının ardından yazılı açıqlama yayımlanıb.

Sənəddə terrorla mübarizə məsələsi ön plana çıxarılıb.

Həmçinin, Yunanıstana xəbərdarlıq edilərək, Egey dənizində qanun pozuntularının davam etdirilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Bəyanatda Rusiya-Ukrayna müharibəsinə də toxunulub və Türkiyənin daimi sülh üçün səylərinin davam edəcəyi bildirilib.