Rusiya yeni "düşmən" ölkələri AÇIQLADI

 12:16 22.07.2022     503

Yunanıstan, Danimarka, Slovakiya, Sloveniya və Xorvatiya Rusiyaya dost olmayan dövlətlər siyahısına daxil edilib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hökumət Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost addımlar atan xarici dövlətlərin siyahısını yeniləyib. Siyahıya Yunanıstan, Danimarka, Slovakiya, Sloveniya və Xorvatiya daxil edilib.