Britaniyanın gələcək kralının 9 yaşı tamam oldu

 23:41 22.07.2022     426

İyulun 22-də şahzadə Uilyam və Keyt Middltonun böyük oğlu Corcun doqquz yaşı tamam olub.

Redaktor.az xəbər verir ki, bu münasibətlə Kembric hersoqları Britaniya taxt-tacı varisinin yeni portretini təqdim ediblər.

Qeyd edək ki, şahzadə Corc 2013-cü ildə Londonun Paddinqton şəhərindəki Müqəddəs Məryəm Xəstəxanasında anadan olub. Şahzadə Diananın oğulları - Uilyam və Harri də eyni xəstəxanada doğulublar.