Şekspirin kitabı 2,5 milyon dollara satıldı

 01:44 23.07.2022     177

Məşhur ingilis şairi və dramaturqu Vilyam Şekspirin pyeslərinin ilk dəfə toplu şəkildə nəşr olunduğu "İlk folio" kitabı hərraca çıxarılıb.

Redaktor.az xəbər verir ki, kitab hərracda təxminən 2,5 milyon dollara satılıb.

Günümüzə cəmi 232 nüsxəsi çatdığı düşünülən kitabda 36 teatr oyunu yer alıb.

Qeyd edək ki, Şekspirin ölümündən 7 il sonra, 1623-cü ildə nəşr olunan "İlk folio" ingilis ədəbiyyatının ən mühüm kitabı hesab olunur.