Türkiyənin İraqdakı hərbi bazası raket atəşinə tutulub

 02:35 23.07.2022     229

İraqın şimalındakı Neyva əyalətində yerləşən Türkiyənin Zlikan hərbi bazası raket atəşinə tutulub.

Redaktor.az xəbər verir ki, bu barədə “Əl-Sumariya” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hərbi baza istiqamətində 3 raket atılıb.

Xatırladaq ki, iyulun 20-də İraqın şimalındakı Zaxo kurort şəhərinin atəşə tuultması nəticəsində 9 nəfər həlak olub, daha 33 nəfər yaralanıb.

İraq hakimiyyəti hücumda Türkiyəni ittiham edib. Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın İraq mövqelərinə heç bir hücum etmədiyini bildirib.