Ukraynada rus işğalçıların son sutkada İtkiləri

Ukraynanın Müdafiə Nazirliyi rus işğalçıların son sutkada itkiləri barədə məlumat yayıb.
Redaktor.az Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, son bir gündə 240 rus hərbçisi məhv edilib. Bununla da Rusiyanın ümumi canlı itkisi 39240 nəfər oldu.
Beləliklə, işğalçıların son sutkadakı digər itkiləri:
Tanklar - 1708 (+4) od,
Zirehli döyüş maşınları -3929 (+9),
Artilleriya sistemləri - 864 (+1),
Reaktiv atəş sistemi - 253 (+2),
Hava hücumundan müdafiə sistemləri - 113,
Təyyarələr -221,
Helikopter -188,
Dronlar - 714 (+1),
Qanadlı raketlər - 167,
Gəmilər/ qayıqlar - 15,
Avtomobilllər və yanacaq çənləri - 2820 (+17),
Xüsusi avadanlıq - 72 (+0).
Rəqib ən böyük itkiləri Baxmut istiqamətlərində gedən döyüşlərdə verib.
İLTİFAT
