Putin Yaponiyaya buraxılmayacaq

 14:06 23.07.2022     189

Rusiya Prezidenti Vladimir Putin Yaponiyanın keçmiş Baş nazir Şinzo Abenin dəfninə buraxılmayacaq. 

Redaktor.az xəbər verir ki, rəsmi Tokiodan verilən açıqlamaya görə, buna səbəb Putinə qarşı Yaponiyanın tətbiq etdiyi giriş qadağasıdır. 

Bildirilib ki, Putin Abenin dəfnində iştirak etmək istəsə belə, Tokio qadağa qərarını ləğv etməyəcək. 

Yaponiya Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə Vladimir Putinə qarşı sanksiya tətbiq edib. 

Xatırladaq ki, Abe Tokionun mərkəzindəki buddist Cojoji məbədində iyulun 8-də sui-qəsd nəticəsində öldürülüb.