Ancelina Coli Bred Pitti məhkəmədə uddu

 15:00 23.07.2022     263

Aktrisa Ancelina Coli məhkəmə yolu ilə keçmiş əri və həmkarı Bred Pittdən Fransanın “Chateau Miraval” şərab zavodunda öz payına düşən səhmlərini geri alıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı məsələnin kəskinləşməsinə aktrisanın ailə biznesindəki payının satılması səbəb olub.

Şərab zavodunun bir hissəsini alkoqol nəhəngi “Stoli” alıb. 

Bu, ulduz cütlüyün ilk məhkəməsi deyil. Bundan əvvəl aktyor keçmiş həyat yoldaşını Fransadakı ümumi mülklərinin bir hissəsini satmaq cəhdinə görə təxribatda ittiham etmişdi.