Dünən müqaviləyə imza atdılar - Bu gün Odessa limanını BOMBALADILAR

BMT-nin Baş katibi Antonio Quterreşrus işğalçıların iyulun 23-də Odessa limanına raket hücumunu pisləyib.
Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
O bəyan edib ki, dünən İstanbulda bütün tərəflər Ukrayna taxılının təhlükəsiz ixracını təmin etmək üçün dünya səhnəsində öhdəlik götürüblər.
“Bu məhsullar qlobal ərzaq böhranını həll etmək və dünyada köməyə ehtiyacı olan milyonlarla insanın əzabını yüngülləşdirmək üçün vacibdir. Rusiya, Ukrayna və Türkiyənin öhdəliklərinə tam əməl etməsi mütləqdir”, - Baş katibin bəyanatında deyilir.