Conson ukraynalıların hərbi təlimində iştirak etdi - FOTO

 20:13 23.07.2022     321

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna əsgərlərinin təlim keçdiyi Yorkşirdəki hərbi təlim düşərgəsini ziyarət edib.

Redaktor.az xəbər verir ki, düşərgədə təlim keçən ukraynalı əsgərlərlə görüşən Conson çoxlu sayda hərbi texnika ilə poza verdikdən sonra əl qumbarası atıb.

Sosial media hesabında əsgərlərlə təlimlərə qatıldığı anların görüntüsünü paylaşan Baş nazir “Önümüzdəki 4 ayda təxminən 10 min insana təlim keçmək istəyirik. Bilirəm ki, sonda Ukrayna xalqı və Ukrayna qüvvələri uğur qazanacaq. İngiltərənin indiyə qədər etdiyi yardımlara görə fəxr edirəm. Amma bu, daha çox Ukrayna qoşunlarının cəsarəti və qəhrəmanlığı sayəsində olur”qeyd edib.