İranda 5,5 bal gücündə zəlzələ baş verdi

 22:38 23.07.2022     438

Şənbə günü İranın cənubunda 5,5 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 23,7 min nəfər əhalisi olan Bəndər Lingə şəhərindən 55 km şimal-şərqdə yerləşib.

Mənbə 10 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.