Almaniya Ukraynaya silah tədarükünü gecikdirir

Almaniya "İris-T" hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsini gecikdirir.
Redaktor.az xəbər verir ki, bu barədə "Die Welt" nəşri məlumat yayıb.
Gecikmənin səbəbi məlum deyil. Almaniya üç həftədən artıqdır ki, ərizəni təsdiq etmir.
Hələ iyun ayında Şolts sistemlərin "yaxın gələcəkdə" Kiyevə təhvil veriləcəyini bildirib.
Nəşrin məlumatına görə, sistemlərin ilin sonuna qədər çatdırılacağı gözlənilir.