Çin ABŞ-ı sərt HƏDƏLƏDİ

 23:14 23.07.2022     480

Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana mümkün səfəri ilə bağlı ABŞ-a ciddi xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşr bildirir ki, Çinin bu dəfəki xəbərdarlığı əvvəlkilərlə müqayisədə daha sərt olub.

Ağ Evin Milli Təhlükəsizlik Şurası və Dövlət Departamenti məlumatı şərh etməkdən imtina edib.

İyulun 18-də "Financial Times" qəzeti Pelosinin avqustda Tayvana səfər etməyi planlaşdırdığını bildirib.