Ukraynada ABŞ vətəndaşları həlak olub

 09:00 24.07.2022     449

Bu yaxınlarda Ukraynanın şərqində iki amerikalı ölüb. Onların ölümünü ABŞ Dövlət Departamenti də təsdiqləyib.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, Dövlət Departamentinin sözçüsü ABŞ vətəndaşlarının kimliyi və ölümlərinin başvermə şərtləri ilə bağlı hər hansı təfərrüatı açıqlamayıb, lakin onların nümayəndələrinin həlak olanların ailələri ilə əlaqə saxladığını və bütün mümkün konsulluq yardımını göstərdiyini bildirib.

Amerikalı diplomat onu da qeyd edib ki, bir qayda olaraq, ABŞ hökuməti itkin düşənlərin və ölənlərin axtarışı ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Mərkəzi Axtarış Agentliyi ilə əlaqə saxlayır.