Ruslar Ukraynada yaşayış binasını raketlə vurdu - İnsanlar dağıntılar altında qalıb

 10:29 24.07.2022     2087

Rus qoşunları Ukraynanın Nikolaev vilayətində yaşayış binasına raket zərbəsi endirib, atəş nəticəsində bir uşaq yaralanıb, insanlar dağıntılar altında qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nikolaev Vilayət Şurasının rəhbəri Anna Zamazeyeva feysbukda məlumat verib.

"16 yaşlı uşaq... Qəlpə yarası alıb. İlkin məlumata görə, raket zərbəsi yaşayış binasına dəyib... İnsanlar dağıntılar altındadır. Rusiya ordusu yenidən Nikolayevin yaşayış yerlərindən birinə raket atıblar. Onlar insanların daimi yaşadığı yeri vurublar. Həkimlər və xilasedicilər hadisə yerinə yola düşüblər. Allaha dua edirik ki, ölənlər olmasın və mümkün qədər az yaralı olsun”, - o, yazıb.