Gürcüstanda zəlzələ oldu

 12:14 24.07.2022     425

İyulun 24-də Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsində yenidən zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, yeraltı təkanlar Dmanisi rayonunun cənub-qərbində yerləşən Sameba kəndi yaxınlığında qeydə alınıb.

Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələ Tbilisi vaxtı ilə saat 05:49-da 3,8 bal gücündə olub.

Qeyd edək ki, Dmanisi bələdiyyəsində son bir neçə aydır ki, müntəzəm olaraq zəlzələ qeydə alınır.