Azərbaycan əsilli milyarder Portuqaliya vətəndaşı ola bilər

 15:11 24.07.2022     199

Portuqaliya Azərbaycan əsilli rusiyalı milyarder Qod Nisanov və Lev Leviyevin vətəndaşlıq müraciətlərinə baxır.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ədliyyə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Sənədə əsasən, hər iki şəxsin ifadələri “baxılma mərhələsindədir”, digər təfərrüatlar açıqlanmır. Biznesmenlər “Reuters”in şərh müraciətinə cavab verməyiblər.

Bundan əvvəl “Publico” qəzeti rusiyalı iş adamı Andrey Rappoportun da 2019-cu ildə Portuqaliya vətəndaşlığını aldığını yazıb. Qəzetin məlumatına görə, milyarder XV əsrin sonunda ölkədən qovulmuş sefarad yəhudilərinin nəsillərinə yerli pasport almağa icazə verən qanun sayəsində respublika vətəndaşlığını ala bilib.